Almaniya Ukraynaya 64 ədəd Patriot raketi verir
16-06-2023, 13:33
7 229

Almaniya Ukraynaya 64 ədəd Patriot raketi verir

Almaniya Ukraynaya Patriot hava mücumundan müdafiə sistemləri üçün 64 ədəd idarə olunan raket verəcək.
Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius NATO-nun departament rəhbərlərinin Brüsseldə keçirilən iclasında deyib.
Pistorius Almaniyanın raketləri dərhal təhvil verəcəyini vurğulayıb: "Bu, xüsusilə indi, müharibənin bu xüsusi mərhələsində, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiəni təmin etmək üzrə uğurlu səylərinə davamlı dəstəyin çox mühüm əlamətidir".

Oxşar xəbərlər