Dünya
21-07-2023, 13:13
6 979
PSJ Mbappeyə 1 milyard avroluq müqavilə təklif edir
“Paris Sen-Jermen” klubu Kilian Mbappeyə yeni müqavilə təklif edib.
Bu barədə “Defensa Central” məlumat yayıb.
Mənbənin məlumatına görə, fransız klubu ulduz forvard üçün 1 milyard avroluq 10 illik müqavilə təklif edib.
Ötən ilin mayında mətbuatda Mbappenin PSJ ilə 2024-cü ilin yayına qədər qüvvədə olan yeni müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq “Real Madrid”lə müqavilə imzaladığını bildirmişdi.