
Cemma Uord sevgilisi Xit Ledcerin ölümündən sonra depressiyaya düşüb kilo aldı. Lakin model biznesində hələ də sevilən simadır.

1990-cı illərin ən tanınmış modeli Linda Evangelista xəstəlik səbəbi ilə kilo alıb. O artıq piyləri çəkdirsə də, əks effekt alıb və daha çox piy toplanıb. Model güzgüyə baxanda əziyyət çəkdiyini bildirib.

Kelli Bruk karantin dövründə kökəlib. Həm də bildirib ki, daha 20 yaşlı qız deyil, kökəlmək təbii prosesdir.

Keyt Moss tənqidlərə baxmayaraq öz sellülitlərindən və kilolarından keyf aldığını deyib.

Krissi Teyqen övladı olduqdan sonra kökəlməsini dərd kimi qarşılayıb. Lakin indi bədəni ilə barışdığını bildirir.

Tayra Benks 13 kilo çəki aldıqdan sonra belə diet və məşqlərlə özünə əzab verməyib. “Özümü hər halımla sevir və qəbul edirəm” deyib.
