Ronaldo doğum günü üçün anasına “Porsche” hədiyyə etdi
2-01-2024, 13:05
1 779

Ronaldo doğum günü üçün anasına “Porsche” hədiyyə etdi

“Əl-Nəsr” klubunun və Portuqaliya milli komandasının hücumçusu Kriştianu Ronaldo anası Mariya Dolores Aveyroya 69 illik yubileyi üçün “Porsche” hədiyyə edib.
Bu barədə ulduz futbolçu sosial şəbəkə hesabında məlumat yayıb. 38 yaşlı forvard ötən həftə sonu anasının yaşadığı Madeyra adasına uçub və ona “Porsche” markalı avtomobil hədiyyə edib.
Qeyd edək ki, bu mövsüm Ronaldo Səudiyyə Ərəbistanı çempionatında 18 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bundan başqa, Ronaldo beşqat “Qızıl top” sahibidir. O, karyerası ərzində “Real Madrid”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq Lissabon” kimi klublarda çıxış edib.
Ronaldo 2023-cü ildə ümumilikdə 54 qol vurub ki, bu da ona ilin bombardiri olmağa imkan verib. Ondan sonra hərəyə 52 qol vuran Kilian Mbappe və Harri Keyn gəlir.

Oxşar xəbərlər