Bakıda avtobus qəzaya uğradı
5-07-2022, 13:59
1 728

Bakıda avtobus qəzaya uğradı

Bakıda sərnişin avtobusu qəza törədib. 
Hadisə 6-cı mikrorayon ərazisində baş verib. Qəza nəticəsində ərazidəki müşahidə kameralarının yerləşdiyi dirək zədələnib.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, yol-nəqliyyat hadisəsi Vətən şirkətinin istismarında olan 26 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TF 897 DQN-lı avtobusun iştirakı ilə baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb.  

Oxşar xəbərlər