Zabratda dəmir yolundan oğurluq edildi
2-06-2023, 11:02
1 808

Zabratda dəmir yolundan oğurluq edildi

Zabrat-1 dəmir yolu dayanacağının pilləkənlərinə quraşdırılan məhəccərlərin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Oxşar xəbərlər