Avtomobil qaçıran şəxs saxlanılıb
4-08-2023, 11:30
1 052

Avtomobil qaçıran şəxs saxlanılıb

Nəqliyyat vasitəsini qaçıraraq yol-nəqliyyat hadisəsi törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə avqustun 2-də 21 radələrində Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birində baş verib. Belə ki, həmin məntəqədən “Hyundai” markalı avtomobil qaçırılıb.
Xətai RPİ 36-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobilin paytaxt sakini Niyazi Çatdayev tərəfindən qaçırılması və idarə edilərkən Cavanşir küçəsində “Kia” markalı avtomobillə toqquşması müəyyən olunub.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən N.Çatdayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxşar xəbərlər