“Cəhənnəm”ə gedən Vüqar Səfərli “Müşü”nü arzulayır...- Vüqar Səfərlini “kars”dan çıxartmaq üçün Müşfiq Ələsgərli qapı-qapı düşüb xahiş edir, pul toplayır...
27-05-2021, 17:57
229

“Cəhənnəm”ə gedən Vüqar Səfərli “Müşü”nü arzulayır...- Vüqar Səfərlini “kars”dan çıxartmaq üçün Müşfiq Ələsgərli qapı-qapı düşüb xahiş edir, pul toplayır...

Gundelik-baku.com-a daxil olan məlumata görə, Jurnalistlərin Həmkarlar İttifaqının ( JuHİ )-nin sədri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Mətbuat Şurası sədrinin müavini, Mətbuat Şurası  Sosial Komissiyasının sədri və ən əsası Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ( KİVDF ) Müşahidə Şurasının üzvü  Müşfiq Ələsgərli gizli görüşlər  keçirir. 
Müşfiq Ələsgərli  vəzifəli, nüfuzlu, imkanlı, pullu şəxslərlə gizli görüşlər keçirir və xahiş edir ki,  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq rəhbəri, hazırda həbsxanada olan  Vüqar Səfərlinin həbsdən azad olunmasına  YARDIM etsinlər. 
YARDIM deyiləndə çox şeylər nəzərdə tutulur. Məsələn, imkanlı, varlı adamlardan xahiş edir ki, maliyyə köməyi edin, böyük məbləğdə pul toplayaq, müəyyən yerə çatdıraq və Vüqar Səfərlini bayıra çıxardaq. 
Görəsən, Müşfiq Ələsgərli başa düşmür ki, bayıra pulla çıxmırlar, gərək günahsız olduğunu məhkəmədə sübut edəsən. 
Müşfiq  Ələsgərli   deputatlardan, nüfuzlu şəxslərdən xahiş edir, hətta yalvarır ki, Vüqar Səfərliyə kömək edin, rəhbər şəxslərdən xahiş edin, rica edin. 
Deputatlardan biri  deyir ki, soruşdum ki, ay Müşfiq, niyə bu qədər xahiş edirsən, az qala yalvarırsan, səbəb nədir ? 
Müşfiq Ələsgərlinin  cavabı nə olsa yaxşıdır. 
Vüqar Səfərli bunlara  xəbər göndərib ki, partlayıram, dayana bilmirəm, məni bayıra çıxarın, bayır  istəyirəm, yoxsa...
Bax, əsas məsələ də bu zəhrimar YOXSA-dadır...
Bəli, Vüqar xəbər göndərib ki, məhkəmədə  açacam sandığı, tökəcəm faktları, hamınızı baqaja qoyacam, əlli-ayaqlı gedəcəksiniz. 
Vüqar Səfərli xəbər göndərib ki, əə, mən təkcə KONTRABASDA çala bilərdim, birləşib çalmışıq, indi azğınıza alımısınız suyu, susursunuz, mən də burada gecə səhərəcən KİRPİ jurnalı oxuyuram...
Səfərli xəbər göndərib ki, jurnalistlərin binasında ev alanlar təkcə mənim qohumlarım, aşnalarım deyil e, həm də sizinkilərdir, açım deyim indi...
Vüqar Səfərli keçmiş dostlarına xəbər göndərib ki, əə, oturmusuz  bayırda  Qaragilə  mahnısına qulaq asırsınız , vurursan bos sudan, mənim də burada ciyərim yanır.  Vüqar Səfərli xəbər göndərib ki, sən öl qardaşın İsa ilə bağlı bildiklərimin hamısını  məhkəmədə açıb deyəcəm. 
Sözün qısası, Vüqar Səfərlinin  göndərdiyi ultimatium bayırdakı dostlarını əsməcəyə  salıb. 
Əslində  Vüqar Səfərlinin dediklərində həqiqət payı az deyil. 
Çünki Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi  Juranlistlər binasında 411 mənzillə bağlı araşdırma aparıb. 
Heç bir nüfuzu olmayan qəzetlərə 100 min manatlarla dövlətin vəsaiti ayrılıb. Təkcə ziyafətlərin  keçirilməsinə 105 min manat xərclənib. 
Obrazlı  desək, Vüqar Səfərli məclisdə 105 min manatı tək necə yeyə bilərdi ? Bunun da bir qarnı, bir ağzı var də. 
Bəs Müşfiq Ələsgərli və digərləri nə qədər yeyib ? 
Onlar niyə  bayırda qalmalıdır ? 
Axı, KİVDF  bir nəfərdən, yalnız  Vüqar Səfərlidən ibarət olmayıb. 
Bu qurumun neçə nəfərlik Müşahidə Şurası,  İdarə Heyətinin üzvləri, Həmkarlar Təşkilatı olub. 
Hər kəs öz cinayətinə görə, cavab verməlidir.

Oxşar xəbərlər