Ekonazirliyin Milli Hidrometeorologiya Xidmətində “ölü canlar”...- “Ölü canlar”ın maaşları kimin cibinə gedir, Umayra xanım ?
15-07-2021, 10:30
220

Ekonazirliyin Milli Hidrometeorologiya Xidmətində “ölü canlar”...- “Ölü canlar”ın maaşları kimin cibinə gedir, Umayra xanım ?

Xəlil Ramazanovun, Əkbər Həsənovun köhnə əməlləri davam edir...

Sabiq  nazir  Hüseynqulu  Bağırovun vaxtında  Ekologiya və Təbii Sərvətlər Nazirliyində  Milli Hidrometeorologiya Departamenti  fəaliyyət göstərirdi. 
Muxtar Babayev nazir olandan sonra  təkcə qohum-əqrəbasını  nazirliyə doldurmadı. Həm də nazirliyin daxilindəki  qurumların  statusunu artırdı. 
Təsəvvür edirsiniz, nazirliyin tərkibindəki departament birdən birə Xidmətə çevrildi. 
Niyə ?  Məqsəd nə idi ?
Axı, departamenti Xidmətə çevirməklə işçilərin sayı artır, ayrılan dövlət vəsaiti artır, səlahiyyətlər genişlənir, və s. 
Nə isə, təzə nazir kiminsə sifarişi ilə Umayra xanım üçün yeni qurum,  Milli  Hidrometeorologiya Xidməti yaratdı və Umayra Tağıyeva  Xidmətin rəhbəri oldu. 
Ümumiyyətlə, Hirdometerologiyadan söhbət düşəndə heç kimin ağlına rüşvət və korrupsiya gələ bilməz. Hamı düşünər ki, hava proqnozunda nə rüşvət və korrupsiya ola bilər ki ? 
Amma reallıqda belə deyil. Bu qurumun rayonlarda  stansiyaları, xeyli  sayda işçiləri, ayrılan dövlət vəsaiti və s. Yəni kifayət qədər  “imkanlı və pullu” qurumdur. 
Xatırlatma üçün qeyd edək ki, uzun illər  bu qurumun  direktoru olmuş  Xəlil Ramazanov, Əkbər Həsənov yüz minlər qazanıblar. 
Hətta  qurumun sabiq direktoru Əkbər Həsənov və əməkdaşları  korrupsiya əməllərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  cavab verməli olub. 
Məhkəmə istintaqı zamanı 100-lərlə şəxsin adına maaş kartı açıldığı, təxminən yarım MİLYON  dövlət vəsaitinin mənimsənildiyi üzə çıxıb. Bu təkcə bir faktdır. Onlarla belə fakt var. 
Düzdür departamentin direktoru  Əkbər Həsənov 300 min manat pulu geri qaytarıb. 
Amma  qurumun  baş mühasibi  məhkəmədə açıq şəkildə bildirib ki, pulları  nazir Hüseynqulu Bağırova vermişik  və  zərəri ödəməkdən imtina edib. 
Ümumiyyətlə, bu departamentin adı həmişə korrupsiyada və qalmaqallarda hallanıb. 
Maraqlıdır ki, adi departament rəisindən soruşan olmadı ki, 300  min manat pul səndə haradandlır ?
Axı, sən dövlətdən 700-800 manat maaş alırsan ? 
Həm də zərəri ödəməklə məgər vəzifəli şəxs  məsuliyyətdən  canını qurtarır ? 
Yuxarıda qeyd  etdiyimiz kimi bu departamentin regional idarələri, az qala hər rayonda stansiyaları və s fəaliyyət göstərir. Yüzlərlə işçisi olan bu quruma dövlət kifayət qədər maliyyə vəsaiti ayırır. 
Bu gün isə qurum Xidmətə çevrilib, Umayra xanım özünü az qala nazir müavini kimi aparır. 
Bu qurumun rəhbərləri  anlamır ki, bunların xırda bir səhvi ölkə iqtisadiyyatına necə baha başa gələ bilər. 
Axı, “ölü canlar”la  belə məsuliyyətli işin öhdəsindən necə gəlmək olar ? 
Yaxud  bir neçə il əvvəl Qubada ölən 3 alpinistə görə,    qurum məsuliyyət daşımalı idi. Amma  daşımadı. 
Əslində məsuliyyəti Umayra Tağıyeva daşımalı idi. Çünki qurumun Hava proqnozu şöbəsinin müdiri o zaman Umayra Tağıyeva olub. 
Bu gün daha geniş səlahiyyəti və maliyyə imkanları olan Xidmətin rəhbəri Umayra xanım olsa da, köhnə qaydalar davam edir. İşçilər əmək müqaviləsi olmadan işə götürülür, yenə maaş kartları kimlərinsə cibində olur, yenə görülən işlərin həcmi süni şişirdilir, dövlətin  ayırdığı maliyyə mənimsənilir. 
Umayra  xanımın tabeçiliyində daha böyük bir qurum var: Şahdağ  Elm Mərkəzi. 
Görəsən, bu Mərkəzin fəaliyyəti, bura sərf olunan pullar, qurumda baş verən qanunsuzluqlar Umayra Tağıyevaya məlum deyil ? 
Sözün qısası, Ekonazirlikdə nazir dəyişdi, Departament  rəhbəri dəyişdi. Amma, haman göl, haman qurbağalar.../Gundelik-baku.com/

[media=https://youtu.be/fGMnDwFrR40]

Oxşar xəbərlər