Manşet
16-12-2021, 11:48
248
“Proqress-2016” MMC-nin sahibi Emil Səməndərovun cinayət əməlləri…- “İtə də bir əppək borcu olan” MTK sədrləri…
Mənzil-tikintisinin arxasında mütəşəkkil cinayətkar şəbəkə dayanır…
Azərbaycanda mənzil tikintisi ilə bağlı əlimizdə olan bir faktı cəmiyyətin nəzərinə çatdırıb, sonra əsas mövzuya keçmək istəyirik.
Deməli, loru dildə desək “ itə də bir əppək borcu olan”, borclu olduqlarını görəndə qaçıb gizlənən birisi, mənzil tikintisi ilə məşğul olmaq qərarına gəlir. Daha doğrusu, dostları ona belə məsləhət görür.
Təsəvvür edirsiniz ?
Söhbət küçə ticarətindən-zaddan getmir ee, mənzil tikintisindən gedir. Və həmin şəxs vəzifəli “şəriklərinin” köməkliyi ilə MTK qeydiyyatdan keçirib, torpaq götürür və Allah qoymasa işə başlayır. Əvvəl bu adamın barəsində xeyli cinayət işi olub.
Yazıq vətəndaş haradan bilsin ki, ona ucuz mənzil vəd verən MTK sədrinin milyonlarla borcu var, gecə evə gedəndə qorxa-qorxa gedir…
Bəli, reklamlar başlayır, mənzil ehtiyacı olan vətəndaşlar olan mənzillərini də satıb, kirayə yaşamağa məcbur olurlar, borc-xərc edib MTK-nın pulunu ödəyirlər və TİKİLƏCƏK BİNADA mənzillərini gözləyirlər. Hətta, Allah qoymasa, MTK ilə müqavilə də imzalayırlar.
Və yüz minlər yox e, milyonlar MTK-nın hesabına, daha çox nağd şəkildə MTK sahibinə çatdırılır, kağız üstündə saxta müqavilələr imzalanır.
Vətəndaşlara göstərmək üçün ərazidə bünövrə qazılır, fəhlələr işləyir və vətəndaşlara deyirlir ki, uzağı 2 ilə sizin təmirli mənzilləriniz hazır olacaq.
“İtə də borcu olan” MTK sədri yığılan pullardan əvvəlki borclarını ödəməyə başlayır, borclu olduğu şəxslərə deyir ki, bina tikirəm, burada sizə 3-4 mənzil verəcəm və s.
Təsəvvür edirsiniz, hələ fundamenti qoyulan binadakı mənzillərin hamısı satılıb. Üstəlik 1 mənzil 5-6 nəfərə.
MTK sahibinin vəzifəli dostları kənardan izləyir və bir gün onu lazım olan ünvana çağırırlar və yığdığı milyonlardan xeyli alıb buraxırlar.
Yazıq vətəndaşlar isə illərlə gözləyir, ora-bura şikayət edir və…başa düşmürlər ki, ortada mütəşəkkil cinayətkar şəbəkə var.
Bəli, bu uzun girişi yazmaqda məqsədimiz odur ki, bilməyənlər bilsin ki, MTK məsələsi sadə dələduzluq-filan deyil. Bunların arxasında vəzifə sahibləri, deputat olan şəxslər dayanır.
Lap sabah tutaq ki, MTK sədrini həsb etdilər. Nə olsun ?
MTK sədri onsuz da itə də borclu idi, qorxusundan evdən bayıra çıxa bilmirdi. Amma indi vətəndaşlardan yığdığı milyonların hesabına borclarını qaytarıb, yuxarıdakı dostlarının ağzını tikib, özü üçün qara gün üçün 1-2 milyon götürüb və gedib həbsxanaya. Həbsxanada da pulunu verib SANTRAL-da kef çəkəcək.
Bədbəxt günə qalan isə yüzlərlə binəva vətəndaş olacaq.
Bax, demək istədiyimiz budur ki, Azərbaycanda MTK adlı böyük bir mafiya, cinayətkar dəstə var.
İndi isə keçək konkret mövzuya.
Belə cinayətkarlardan biri də “Proqress- 2016” MMC-nin sahibi Emil Səməndərovdur.
Bu adamın 10 il əvvəl tikməyə başladığı bina hələ də başa çatmayıb. Ancaq Emil Səməndərov OLMAYAN BİNADAKI OLMAYAN MƏNZİLLƏRİ çoxdan satıb. Özü də bir mənzili 3-4 nəfərə.
Biz yazının girişində “itə də borcu olan” MTK sədrinin yuxarıdakı dostlarından ƏBƏS YERƏ danışmadıq.
Bəli, əgər hüquq-mühafizə orqanları, məhkəmələr Emil Səməndərovun illər öncə törətdiyi cinayət əməllərinə görə layiq olduğu cəzanı versəydi, vəziyyət gəlib bu həddə çatmazdı.
Axı, ötən yazımızda qeyd etdiyimiz kimi, Emil Səməndərovun Bakının Sabunçu, Binəqədi, Abşeron və digər rayonlarında törətdiyi əməllərinə görə cinayət işi açılıb. Bəs niyə heç olmasa, bircə dəfə bu adam cəzasını almayıb, həmişə sudan quru çıxıb.
Heç kimə sirr deyil ki, pulunu verib cəzadan qurtarıb.
Beləcə, Emil Səməndərov əvvəllər 3-5 nəfərə qarşı dələduzluq edirdisə, sonradan 100-lərlə, 1000-lərlə vətəndaşa qarşı daha böyük cinayətlər törədib.
Təsəvvür edirsiniz, 100-lərlə vətəndaşı aldadıb pullarını mənimsəyən, vətəndaşın pulunu ödəyib müqavilə əsasında aldığı mənzilini 4-5 nəfərə satan Emil Səməndərovu 1-ci instansiya məhkəməsi 3000 manat cərimə edib. Apelyasiya Məhkəməsi isə Emil Səməndərovun cəzasını 3000 manatdan 2500 manata endirib.
Medianın yazdığına görə, Emil Səməndərovun 1200 nəfər “dvoyniki” var, yəni bu qədər insanın mənzilini başqasına satıb. Axı, 1200 nəfər 7-8 min insan deməkdir.
Bu insanlar bir gün ayağa qalxıb etirazını bildirsə, Emil Səməndərov nə edəcək ?
Emil Səməndərovun Qarabağda şəhid olan əsgərin mənzilini başqasına satması isə hüquq məsələsi deyil, insanlığın üz qarasıdır.
Başa düşdünmü, Səməndərov…?
Üzümüzü bu cinayətkar dəstəyə tutub deyirik:
Cənablar ! Siz unudursunuz ki, dövlətin gücü topda-tankda deyil, vətəndaşların öz dövlətinə İNAMINDADIR.
Sizlər bu İNAMI sarsıdırsınız. Və bir gün bunun cəzasını çəkəcəksiniz. /Gundelik-baku.com/