“Proqress 2016” MTK-nın sahibinin həbsi an məsələsidir... - 5-6 nəfərə atıb məhkəmədən canını qurtaran Emil Səməndərov düşünüb ki, 1200 nəfərə atım…
28-12-2021, 14:39
302

“Proqress 2016” MTK-nın sahibinin həbsi an məsələsidir... - 5-6 nəfərə atıb məhkəmədən canını qurtaran Emil Səməndərov düşünüb ki, 1200 nəfərə atım…

Prezumpsiya-zad  bizim ölkədə keçmir…cinayətkarın buynuzu olur ? 

Partiya sədri hüquq-mühafizə orqanlarına müraciət edir ki, Emil Səməndərovun əməlləri araşdırılsın..


2 ildir ölkə mediası “Proqress 2016” MTK-nın sahibi Emil Səməndərovun cinayət əməllərindən dayanmadan yazır. 
Əlbəttə, biz başa düşürük ki, prezumpsiya deyilən anlayış var. Yəni məhkəmə qərar olmadan vətəndaşa cinayətkar demək olmaz. 
Amma atalar da deyib ki, görükən dağa  nə bələdçi. 
Axı, dəfələrlə yazmışıq ki, bu adamın qaşqasına “cinayətkar” sözü yazılıb. 
Bəlkə cinayətkarın buynuzu-zadı olur ?
Marketdən 1 çörək, yaxud sürüdən 1 quzu oğurlayanı qandalayıb cinayətkar elan edə bilirsiniz, amma 1200 nəfəri aldatmış adama cinayətkar demək olmaz ?
Özü də kiməsə 1 quzu, 1 dana atmayıb ee, dəyəri 50-60 min olan mənzil atıb. Həvəsiniz varsa, bu rəqəmi  vurun 1200-ə və görün neçə milyon eləyir. 
İndi özünüz deyin, bu adam cinayətkardır, yoxsa, yox ? 
Bu adamın cinayətləri təkcə  “Proqress 2016” MTK ilə bağlı deyil e…

MTK-ya  qədər bu adamın barəsində 7-8 rayon məhkəməsində cinayət işinə baxılıb. Hamısı da dələduzluq, sui-istifadə,  aldatma, mənimsəmə…
Adam dəhşətə gəlir ki, bu rayon məhkəmələrindən heç olmasa biri niyə  Emil Səməndərovun layiq olduğu cəzanı verməyib ? 
Bax, bu cəzasızlıqdan sonra Emil Səməndərov düşünüb ki, xırda-xırda atmaqdansa, birdən 1200 nəfərə atım, onsuz da məhkəmələrlə dil tapacam. 
Bəli, əslində böyük cinayətlər belə olur.  
Təsəvvür edirsiniz, ölkə mediasından əlavə  rəsmi qeydiyyatdan keçmiş  siyasi partiya rəhbərlərindən biri  televiziyadan hüquq-mühafizə orqanlarına müraciət edib ki, Emil Səməndərovun əməlləri araşdırılsın. 
Amma səs-səmir çıxmayıb…
Bu adam o qədər həddini aşır ki, hətta şəhidin mənzilini başqasına satır. Bu adam cinayətkar deyil, bəs nədir ?
Bəli, MTK  rəhbəri  Emil Səməndərov  Vətən Müharibəsi şəhidinin  qanuni mənzilini başqasına satıb. 
Qısa məlumat üçün  bildirək ki, şirkətin Xırdalanda tikilən binasından sağlığında mənzil alan Zeynalov Azad Rafiq oğlu həmin evin başqasına da satılmasından məlumatsız olub. Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan Azad  Zeynalov son mənzilə yola salındıqdan sonra ailəsi onun aldığı mənzilə sahiblənə bilmir. Məlum olub ki, mənzil başqa bir fiziki şəxsə də satılıb və “Proqress 2016” MTK rəhbəri fırıldağa yol verib.
İndi  şəhidin ailəsi heç olmasa, Azad  Zeynalovun ödədiyi pulu tələb edir, Emil  Səməndərov isə pulu  qaytarmır.
Təsəvvür  edirsiniz, bu adam şəhidin mənzilini  başqasına satıb. Və hətta şəhidin verdiyi pulu da onun ailəsinə qaytarmır. 
Bundan sonra yazmaqla nəsə düzələcəkmi ? 
Ancaq  redaksiyamıza daxil olan son məlumata görə, artıq  Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Emil Səməndərovun əməllərini araşdırıb başa çatdırmaq üzrədir. 
Bəli, Emil Səməndərovun həbsi an məsələsidir. /Gundelik-baku.com/

Oxşar xəbərlər