Manşet
10-01-2022, 13:02
324
Emil Səməndərov şəhidin pulunu niyə qaytarmır ? - Bir mənzili 5-6 nəfərə satan “Proqress 2016” MTK-nın sahibi niyə həbs olunmur ?
Emil Səməndərovun aldatdığı 1200 vətəndaşın küçəyə çıxmasını gözləyirsiniz ?
Bizim vətəndaşlara qarşı qanunsuz əməllərlə bağlı yazdığımız silsilə yazılar kimlərdəsə qərəz, şəxsi münasibət kimi görünə bilər.
Amma biz dəfələrlə qeyd edirik ki, bizim heç bir məmurla, yaxud iş adamı, sahibkarla problemimiz yoxdur.
Yetər ki, vətəndaşların hüquqlarını pozmayın, insanları dövlətdən narazı salmayın.
Axı, dünyada baş verənləri, narazı insanların aqressiv münasibətini görürük. Və məhz buna görə də istəmirik ki, narazı insanlar kimlərinsə əlində vasitəyə çevrilsin.
Başa düşdünüzmü, cənablar.
Bir adam kimisə aldadanda haqlı olaraq cəza verirsiniz.
Bəs 1200 nəfəri aldadan, onların milyonlarnı mənimsəyən şəxslər niyə cəzasız qalmalıdır ?
Neçə vaxtdır MTK-ların vətəndaşların başına açdığı oyunlardan, aldadılmış minlərlə insanın talehindən bəhs edirik.
Mənzil tikintisi adı altında cinayətkar şəbəkənin mövcud olmasını, onların əməllərini yazırıq. Amma ortada nəticə yoxdur.
Belə ki, “Proqress 2016” MTK-nın sahibi Emil Səməndərovun cinayət əməllərindən nə qədər yazmaq olar ?
Niyə bütün bu yazılanlara hüquq-mühafizə orqanları, prokurorluq heç bir reaksiya vermir ?
Yenidən təkrar etməyə məcburuq ki, bu adamın barəsində 7-8 rayon məhkəməsində cinayət işləri olub. Hamısı da sui-istifadə, aldatma, dələduzluq və s əməllər.
Hətta bu barədə nəinki ölkə mediası, hətta rəsmi dövlət qeydiyytından keçmiş partiya sədri televiziyada deyir ki, Emil Səməndərov həbs olunmalıdır. Amma..
Amma bütün bu cinayət əməllərindən Emil Səməndərov canını qurtara bilib. Necə və hansı yolla, o bizlik deyil.
Lakin cəzasızlığına arxayın olan Emil Səməndərov daha böyük cinayət əməlləri törətməyə əmin olub.
Bilib ki, cəzası olmayacaq və pulunu verib azadlıqda qalacaq.
Və nəticədə tikinti şirkətinin sahibi olaraq bu dəfə 5-6 nəfərə deyil, düz 1200 nəfərə atıb.
Bu adam o qədər həddini aşır ki, hətta şəhidin mənzilini başqasına satır. Bu adam cinayətkar deyil, bəs nədir ?
Bəli, MTK rəhbəri Emil Səməndərov Vətən Müharibəsi şəhidinin qanuni mənzilini başqasına satıb.
Qısa məlumat üçün bildirək ki, şirkətin Xırdalanda tikilən binasından sağlığında mənzil alan Zeynalov Azad Rafiq oğlu həmin evin başqasına da satılmasından məlumatsız olub. Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan Azad Zeynalov son mənzilə yola salındıqdan sonra ailəsi onun aldığı mənzilə sahiblənə bilmir. Məlum olub ki, mənzil başqa bir fiziki şəxsə də satılıb və “Proqress 2016” MTK rəhbəri fırıldağa yol verib.
İndi şəhidin ailəsi heç olmasa, Azad Zeynalovun ödədiyi pulu tələb edir, Emil Səməndərov isə pulu qaytarmır.
Təsəvvür edirsiniz, bu adam şəhidin mənzilini başqasına satıb. Və hətta şəhidin verdiyi pulu da onun ailəsinə qaytarmır.
Axı, bütün ölkə bilir ki, Emil Səməndərov 2017-ci ildə insanların etibarından sui istifadə edərək “Proqress 2016” MMC-ni ələ kecirmişdir. O buna qədər 100-lərlə insanın etibarından sui istifadə edərək onları aldatmış və haqqında cinayət məcəlləsinin 178.2.4 maddəsi üzrə cinayət işi acılmış bu günə qədər yekunlaşmamışdır.
Bəs neçə ildir bu istintaq yekunlaşmır ?
Vətəndaşlar haqlı olaraq bizə müraciət edir ki, istintaq neçə ay, neçə il çəkər ?
Bunun bir sonu olmalıdır də…
Axı, bu insanlar neçə ildir pullarını verib mənzil gözləyiblər.
Belə dərəbəylik, belə “bespredel” olmaz axı…
Biz bilirik ki, Emil Səməndərov neçə dəfə saxlanılıb və sonra sərbəst buraxılıb. Niyə..?
Bu adamın barəsində təkcə Binəqədi Rayon Məhkəməsində 100-lərlə insanın aldadılması üzrə ( C.M-nin 178.2.4 üzrə dələduzluq və etibardan su istifadə, küllü miqdarda pulun mənimsənilməsi üzrə ) cinayət işi açılıb.
Bütün bu cinayət əməlləri ortada ola-ola bu adam yenə tikinti biznesinə rəhbərlik edir, yenə binalar tikir, yenə vətəndaşları aldadır, yenə 1 mənzili 4-5 vətəndaşa satır.
Emil Səməndərov 2-ci Qarabağ Müharibəsi qazisinə də mənzil atıb. Yəni qazi bu günədək qanuni mənzilini ala bilmir.
Nə etsin bu hüququ tapdalanan insanlar, ey səlahiyyət sahibləri ?
Bəlkə, aksiya keçirsinlər, bəlkə intihar etsinlər ?
Söz sizindir… /Gundelik-baku.com/