Gülnaz Dadaşova Kardiologiya İnstitutunu məhv edib…. - Peşəkar kadrlar işdən qovulur və yerinə….
17-02-2022, 14:54
7 498

Gülnaz Dadaşova Kardiologiya İnstitutunu məhv edib…. - Peşəkar kadrlar işdən qovulur və yerinə….

TƏBİB-dəki  bir dəstə makler qadınla Gülnaz Dadaşovanın “kadro biznesi” …


Deməli Gündəlik-Bakı  olaraq  xeyli müddətdir ki, ölkənin nüfuzlu elm-səhiyyə ocağı olan Elmi-Tədqiqat Kardiologiya İnstitutunda  baş  verən neqativ halları ictimailəşdirməyə çalışırıq. 
Qısa məlumat üçün bildirək ki,  bir neçə il öncə heç bir  elmi təcrübəsi olmayan gənc xanım  Gülnaz  Dadaşovanın  instituta direktor təyin olunması  hamının təəccübünə səbəb oldu. 
Axı, ölkədə  kifayət qədər tanınmış alim-kardioloqlar olduğu halda  niyə MƏHZ  Gülnaz Dadaşova..?
Gündəlik-Bakının araşdırmaları nəticəsində bəlli oldu ki,  Azərbaycanın  ilk boya  fabriki olan  “Sobsan” boyanın sahibləri  Zöhrab, Cavid, Araz  Səbzəliyev qardaşları  ilə Gülnaz Dadaşova  yaxın qohumdurlar. Və qardaşların eyni zamanda  sabiq  səhiyyə naziri  Oqtay Şirəliyevlə qudalıq münasibətləri var. Beləcə, qardaşların xahişi ilə  Gülnaz  Dadaşova nüfuzlu  elm ocağına  rəhbər təyin olunub. 
Direktor təyin olunan  Gülnaz Dadaşova  qısa vaxtda  bu səhiyyə müəssisəsini darmadağın etdi, təcrübəli kadrları işdən qovdu. 
Eyni zamanda, Dadaşova uzun müddət İnstitutda çalışan təcrübəli həkimləri bezdirərək, onların “öz xoşları ilə ərizə yazıb işdən çıxmaları” üçün əlindən gələni etdiyi də bəlli olur.  Əvəzində isə ona “aylıq haqq” formasında “peşkəş”lər verən gənc və təcrübəsiz həkimləri ən yaxşı kabinetlərdə əyləşdirərək, bu sahədə can qoyan görkəmli alimləri uçub-tökülən otaqlara köçürür. 
Gülzar  Dadaşova hətta  öz elmi rəhbəri olan  Rufulla Abdullayevə də qarşı çox hörmətsiz davaranır. Yəni çox özündən razı  və tamahkar insandır. 
Hətta  iclaslarda deyir ki, buranı pensionerlərdən təmizləyəcəm. 
Deməli, Gündəlik-Bakı  olaraq  dəfələrlə   direktor  Gülzar  Dadaşovanın fikirlərini öyrənməyə çalışsaq  da, hər dəfə katibəsi deyir ki, tədbirdədir. 
Sözün qısası,  Gülzar  Dadaşova ilə bağlı  redaksiyamıza  maraqlı məlumat daxil olub. 
Belə ki, TƏBİB-in rəhbərliyində çalışan bir qrup cavan xanım işə düzəltmə adı ilə  külli miqdarda pul qazanırlar. 
Sanki  TƏBİB  işə düzəltmə bürosudur. 
Konkret olaraq onu deyə bilərik ki, bu yaxınlarda TƏBİB-in makler xanımları  Gülzar Dadaşovanın əli ilə Kardiologiya institutuna  bir nəfəri işə düzəldiblər. 
TƏBİB-lə  Gülzar Dadaşovanın  başqa bazarlıq  əməlləri barədə  növbəti yazıda bəhs  edəcəyik. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər