Qeydiyyat və Notariat Baş İdarəsi hara baxır ..? - Hacıqabul Notariusunun rəisi Ruslan Səfərov niyə həbs olunmur ?
28-03-2022, 12:15
1 897

Qeydiyyat və Notariat Baş İdarəsi hara baxır ..? - Hacıqabul Notariusunun rəisi Ruslan Səfərov niyə həbs olunmur ?

Azərbaycan ədliyyəsinin 20 dəqiqə 43 saniyəlik rüsvayçılığı….

İdarəetmə və  alqı-satqı  üçün verilən etibarnamənin FƏRQİNİ  bilməyən  hüquqşünas…


Bu gün müxtəlif mövzuları, şəhərdə tıxac, səhiyyə sistemindəki problemlər, notarius  və s mövzuları işləyəndə görürəm ki, cəmiyyətin bir tərəfi  gülü dərə, o biri tərəfi  çirkli  dərə ola bilməz. 
Bu aksiomadır. Kimsə bunu inkar etməyə çalışmasın. 
Biz hamımız bir yerdə, bir cəmiyyət olaraq  ruslar demişkən, “odnorodnı”, yəni  bircinc  mühitik. 
Yəni səhiyyədə baş verən problemlər eyni ilə təhsildə baş verir, təhsildəki problemlər müdafiə nazirliyi sistemində təkrar olur...eyni problemlər  meliorasiya  sistemində davam edir və bu zəncir məhkəməyə  qədər davam edir. 
Aydın oldumu nə demək istəyirik..? 
Heç kəs yaxasını qırağa çəkməsin. 
Eləcə də indi haqqında bəhs edəcəyimiz, ədliyyə sistemi və onun bir parçası olan Notarius  idarələri...
Ədliyyə ƏDALƏT sözündəndir və bir dəfə cənab Prezident İlham Əliyev də bu qurumu və məhkəmələri ƏDALƏT SARAYI adlandırıb. 
Gəlin, görək,  bizim məhkəmə sistemi ƏDALƏT SARAYIDIR..? 
Əlbəttə, yox.  Hətta Milli Məclisin tribunasından millət vəkilləri  dəfələrlə  deyib ki, məhkəmə-ədliyyə sistemimiz fəlakətli durumdadır. 
Nə isə, sözün qısası, ölkəmizdə fəaliyyət göstərən  dövlət və fərdi (özəl) notarius kantorlarındakı vəziyyət  acınacaqlıdır. 
Qısa məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 200-ə  yaxın notariat kontoru fəaliyyət göstərir. Onlardan 100-dən çoxu  dövlət kontorudur və  30-u  Bakıda, 70-dən artığı isə  regionlarda yerləşir. Və eyni zamanda fərdi ( yəni özəl ) notariat  kantorları da fəaliyyət  göstərir. 
Və ən dəhşətlisi odur ki, Azərbaycanda dövlət qurumlarının verdiyi, dövlətin tanıdığı  notariuslarda təsdiqlənən sənədlərin saxta çıxarılması, qanunsuz hesab edilməsi halları az qala adi  hala çevrilib. 
Vətəndaş pulunu verib əmlak alır, əmlakı təmir edir, iş yerinə, yaşayış yerinə çevirir və aylar, illər sonra ortaya çıxan biri deyir ki, bəs əmlak mənimdir. 
Məlum olur ki, hansısa  notariat  kantoru   saxta  sənəd verərək  vətəndaşın mülkiyyət hüququnu  pozub. 
Daha dəqiq desək,  notariat kantorlarda alqı-satqı  prosesində saxtakarlığa  yol verilib.
Belə kantorlardan biri də Hacıqabul rayonu dövlət notariat  kantorudur. 
Bir məsələni də xüsusi olaraq qeyd edək ki,  hüquqların notariat qaydasında təsdiq edilməsinin üstünlüyü ondadır ki, notariat qaydasında tərtib edilmiş sənəd hüququ DÖVLƏTİN ADINI  QORUYUR. 
Amma təəssüf ki, Hacıqabul notariat kantorunda nəinki DÖVLƏTİN, heç kantorun öz adı qorunmur. 
Hacıqabul  sakinləri adından mediada gedən  məlumatlardan bəlli olur ki, Hacıqabul  notariat kantoru mülkiyyətin alqı-satqısı, avtomobillərin satışı zamanı  ciddi saxtakarlığa yol verir. 
Bu isə gələcəkdə mülkiyyət hüquqi ilə bağlı  vətəndaşlara ciddi problem yaşadır. 
Bütün bunlar azmış kimi, kantorun notariusu vəzifəsini icra edən Ruslan Səfərov hamıya deyir ki, Ədliyyə Nazirliyində adamım var, mənə kimsə bir söz deyə bilməz. 
Görəsən, Ədliyyə Nazirliyində, yaxud  Qeydiyyat və Notariat Baş İdarəsində Ruslan Səfərovun adamı kimdir ki, belə  qanunsuzluqlara yol verir..? 
Bütün bu yazdıqlarımız  kiməsə subyektiv mövqe kimi gələ bilər. 
Kimsə düşünə bilər ki, bəlkə ortada nəsə qərəz-filan var. 
Amma müdirklər deyib ki, hər kəs öz dilinin altında gizlənib. Yəni danışmağa  başlayan kimi, hər şey açılıb-tökülür. 
Bəli, bizim yazdıqlarımıza  şübhəniz varsa, Ruslan Səfərovun şikayətçi tərəflə  20 dəqiqə  43 saniyəlik telefon danışığına  qulaq asın və nəticə çıxardın. 
Vallah, bizi qınamayın, bu danışığa qulaq asanda bu adamın nəinki hüquq təhsili, hətta orta təhsili olmasına ciddi şübhələrimiz yarandı. 
Kəlmə başı, “Qardaş,  gəl sən allah  bu məsələni yoluna qoyaq....sən mənim çörəyimə bais olmaq istəyirsən, məni işdən çıxartmaq istəyirsən həə...”  deyən  bu adam ən yaxşı  halda toyda-zadda tamada ola bilər, nəinki hüquqşünas, nəinki  notaruis...
Bəs görəsən, Ədliyyə Nazirliyi, yaxud Qeydiyyat və Notariat Baş İdarəsi  bu adama notariat  kantoru etibar edəndə  nə düşünürdü..? 
Təsəvvür edirsiniz, qanuni avtomobili dələduzluq yolu ilə satılan şəxs  telefon söhbətində Ruslan Səfərovdan soruşur ki, sən  idarəetmə üçün verilən etibarnamə ilə alqı-satqı üçün verilən etibarnamənin fərqini bilmirsən..?
Bu sual,  özünü  hüquqşünas hesab edən şəxs üçün söyüşdən min dəfə betərdir ee...
Ruslan Səfərov  isə deyir ki, qardaş, işçimə etibar etmişəm dəə...
İndi təsəvvür edirsinizmi,  sabah  Ruslan Səfərov  diri-canlı adama  ölülük kağızı  versə, ona bir söz deyən olmayacaq. 
Notariat kantorlarla bağlı  araşdırmalarımız davam edir. 
Bizi izləyin. 
Qarşı tərəfin mövqeyini dərc etməyə  hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər