Gəncənin icra başçısı Niyazi Bayramovun HƏBSİ an məsələsidir…- Şəhid atasına hörmətsizlik edən başçı….
5-04-2022, 12:24
1 565

Gəncənin icra başçısı Niyazi Bayramovun HƏBSİ an məsələsidir…- Şəhid atasına hörmətsizlik edən başçı….

Niyazi Bayramov gözü görməyən insana 6 min manata qol  çəkdirib və 1500 manat verib…

Gəncənin icra başçısı şəhidin atasını qəbul etməyə 5 dəqiqə  vaxt tapmır..? 

Londonda 30 milyona mülk alan Niyazi Bayramov şəhidin küçəsinə 2 işıq dirəyi  basdıra bilmir…

Niyazi Bayramovun xanımının Bakıda 10 milyonluq restoranı...


Özünü Qarabağ müharibəsi qazisi, polkovnik  kimi təqdim edən ( rəsmi tərcümeyi-halında ) Niyazi Bayramovun barəsində yazılan bütün neqativ xəbərləri  ZAMAN-ın ayağına yazmaq olar. 
Amma birini heç cür və heç hara yazmaq olmur...
Doğrudanmı, nəinki  böyük bir şəhərin rəhbəri, hətta sıradan bir adam belə  bir addımı ata bilərmi..? 
Söhbət 44  günlük  Vətən müharibəsi  zamanı ermənilərin Gəncə şəhərində yaşayış binalarına atdığı raket zərbəsi  nəticəsində evi dağıdılan sakinlərin başına gələnlərdən gedir. 
Təsəvvür edirsiniz,  erməni qəsbkarlarının raket hücumu nəticəsində Gəncə sakininin evi tamamilə  dağılıb, ev əşyaları  məhv olub….doğmaları  ölüb…vətəndaş  küçədə qalıb…
Və cənab Prezident İlham Əliyevin  göstərişi ilə Gəncə sakinlərinin evlərinin bərpası üçün  dövlət vəsaiti ayrılıb. Amma….
Əmması odur ki, erməni terroru nəticəsində  evi dağılan, doğması ölən, yaralanan şəxslərə  dövlətimiz  kompensasiya verir, öz vətəndaşını  himayə edir…
Gəncə  Şəhər İcra  Hakimiyyətinin başçısı Niyazi Bayramov  və işçiləri  isə  bir gözü  görməyən Gəncə sakininə  6 min manata qol  çəkdirib, ona cəmi  1500 manat pul veriblər. 
Təsəvvür edirsiniz, evi dağılan, fəlakət içərisində olan  zavallıya dövlət  6 min manat kömək edir, 75 faizini  Niyazi Bayramovun adamları mənimsəyir, barı yarısını da vermir ee...
İndi özünüz deyin, hansı daha dəhşətlidir: erməni terroru, yoxsa məmur özbaşınalığı..? 
Erməni  düşməndir, özü də qansız düşmən, onun elədikldərini harasa yazmaq olar.
Bəs, sapı özümüzdən olan məmurun əməllərini hara yazaq..?
Ona görə də möhtərəm Prezidentimiz dəfələrlə belə məmurlara üzünü tutaraq deyir ki, xalqdan qorxmursunuz, barı Allahdan qorxun...
Elə bilirsiniz Niyazi Bayramovun adamlarının əməlləri bununla bitir ? 
Təsəvvür edirsiniz, 8 ay sonra  oğlunun nəşini tapan, Qarabağ şəhidi Elvin Mustafayevin atası Fəxrəddin kişi neçə aydır  Gəncə şəhərinin icra başçısı Niyazi Bayramovun qəbuluna düşə bilmir.
Bu adamdan soruşan lazımdır ki, oturmusan  kabinetində, sənin 5-10 dəqiqə   vaxtın yoxdurmu, şəhidin atasını qəbul edəsən..? 
Axı, şəhid atası Niyazi Bayramovdan heç nə istəmir. Sadəcə, oğlunun və digər şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün Bulağın inşa edilməsinə dəstək istəyir. Amma...
Əmması odur ki, Fəxrəddin kişi və digər şəhid ataları, əmiləri icra hakimiyyətinin binası önündə günlərlə gözləsələr də icra başçısı onları qəbul etmir. Və bu boyda dərdə və biganəliyə ürəyi dözməyən Fəxrəddin kişinin ürəyi dayanmaq həddinə çatıb. 
Yaxud  başqa bir misal. 
Şəhidin evinə gedən yol, küçə zülmət qaranlıq içərisindədir. Niyazi Bayramov həmin küçəyə iki işıq dirəyi  basdıra bilmir. 
Amma 44 günlük müharibə gedən ərəfədə öz övladına  Londonda  30 milyon dəyərində mülk alır. 
Yaxud  Kəlbəcərdə şəhid olan 21 yaşlı Sahib Hüseynovun anası 6 aydır Gəncə ŞİH-nin başçısı Niyazi Bayramovun qəbuluna düşə bilmir. Kirayədə qalan və kirayə haqqını verə bilməyən şəhid anasının məqsədi icra başçısından iş istəmək olub. Və 6 ay qəbula düşə bilməyən şəhid anası ŞİH-nin binası qarşısında çoxlu sayda dərman içərək intihar etmək istəyib və nəticədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Belə şikayətlər bir deyil, iki deyil, üç  deyil...Amma əvəzində...
Bu yaxınlarda  Niyazi Bayramovun həyat yoldaşının Bakı şəhərində  10 milyonluq restoranı tapıldı. Və daha nələri…
Hələ bu harasıdır…? 
Niyazi Bayramov  Prezidentin Gəncəyə səfəri zamanı dövlət başısını aldadıb...
Belə ki, bütün ölkənin  izlədiyi  videoda   Gəncədə  Nizami küçəsində Bayraq meydanına yaxın körpünün yanında səki kənarına əkilən ağacların Prezidentin səfərindən sonra çıxarılaraq, maşına yığıldığı görünür.
Deməli, cənab Prezidentin Gəncə səfərinə hazırlıq görən, icra başçısı  Niyazi Bayramov tələsik  ağacları yolların qırağına əkdirib ki, Prezident keçəndə görsün və səfərdən sonra maşına yığıb  aparıblar. 
İndi özünüz deyin beləsinin vəzifədə qalmağa haqqı varmı..? 
Əslində belə məmurun yeri  başqa məkandır...
Niyazi Bayramovun Mingəçevirin icra başçısı olarkən Kür  çayı  boyu  satdığı münbit torpaqlarının dəyəri 10 milyonlarladır. 
Bu  siyahını  kifayət qədər uzatmaq olar. 
Yəqin ki,  yaxın zamanda  bütün bunlara Niyazi Bayramov istintaqda  cavab verməli olacaq. 
Yazıda  müxtəlif saytların materiallarından istifadə olunmuşdur. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S Hələ biz özündən 17 yaş böyük dostdan danışmırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər