Kərim Vəliyevin “kantor”unda nələr baş verir..? - Tehranə Bəhruzidən SENSASİON AÇIQLAMALAR
4-05-2022, 11:14
1 347

Kərim Vəliyevin “kantor”unda nələr baş verir..? - Tehranə Bəhruzidən SENSASİON AÇIQLAMALAR

General  Valeh Bərşadlını  çıxarıb riyaziyyat müəllimi Rəhim Qazıyevi müdafiə naziri təyin edənlər…

Bu gün 3 ali təhsili olan, tibbi psixoloq Tehranə Bəhruzini çıxarıb yerinə təhsili olmayan Sevinci təyin edirlər…





Sözün düzü, Tehranə  xanımla  tanışlıq  və  qısa söhbət  bizdə səhiyyəmizin gələcəyi ilə bağlı  ciddi suallar doğurdu. 
Tehranə Azad qızı Bəhruzi ilə bağlı söhbətə keçməzdən öncə, onu qeyd edək ki, Gündəlik-Bakı olaraq neçə ildir yazırıq ki, Azərbaycanda mövcud olan kadr korpusu məhv edilir.
Bəli, Azərbaycanda uzun illər ərzində hər bir sahədə, təhsildə, səhiyyədə, hüquq-mühafizə orqanlarında, hərbidə, hətta aqrar sahədə və s savadlı, təcrübəli, peşəkar kadr korpusu yaranmışdı. Allah Ulu Öndərimiz Heydər Əliyevə rəhmət eləsin.
Bir anlığa gözünüzün qabağına 90-cı illəri gətirin. 
SSRİ-nin ən məhşur generallarından biri olan, vətənpərvər müdafiə naziri, general Valeh Bərşadlını  vəzifəsindən azad edib onun yerinə  heç serjant da olmayan riyaziyyat müəllimi Rəhim Qazıyevi  müdafiə naziri təyin edirlər. Niyə Rəhim Qazıyevi Təhsil naziri qoymadılar, işlədiyi məktəbə rektor qoymadılar, məhz Müdafiə naziri qoydular. Niyə Rəhim Qazıyev bu məsələ ilə razılaşdı.
Bax, bizim bir millət olaraq faciələrimiz onda başladı. Və sonra da... 
Bəli, Kənd Təsərrüfatı nazirini vəzifədən çıxarıb yerinə tarix müəllimini,  Təhsil nazirini çıxarıb yerinə  iqtisadçı-mühasibi  və s təyin edəndə problemlər başladı. 
Və həmin nazirlər də  nazirlikdə çalışan savadlı, təcrübəli kadrları işdən uzaqlaşdırıb, öz savadsız qohum-əqrəbalarını, tanışlarını vəzifələrə doldurdular. 
Beləcə, yuxarıda dediyimiz kimi Azərbaycanın kadr korpusu gözümüzün önündə məhv edildi. 
Bu gün imkanlı şəxslərin biri də Azərbaycan səhiyyəsinə müraciət etmir, hamısı Avropaya, az imkanlılar isə Türkiyəyə, İrana qaçır. 
Azərbaycan təhsilinin nə gündə olduğu isə hamıya bəllidir. 
Bu gün Azərbaycanda sözün həqiqi mənasında az-az savadlı müstəntiqlər tapmaq olar.
Sözümüzün canı odur ki, uzun illərdir Azərbaycanda peşəkar, öz işini gözəl bilən və ən əsası vətənpərvər  mütəxəssislərə qarşı  bəzi iriçaplı məmurlar tərəfindən az qala Səlib yürüşü aparılır. Hörmətli Prezidentimiz, cənab İlham Əliyev və Vitse Prezidentimiz Mehriban xanım Əliyeva gənclərimizin yüksək təhsil üçün əllərindən gələni etsələr də bəzi qüvvələr bu istedadların üzə çıxmasına sanki mane olurlar.
Sual oluna bilər ki, niyə..? Səbəb nədir..? 
Birincisi, tarix müəllimi olan kənd təsərrüfatı naziri qurumda uzun illər çalışan peşəkar kadrlarla necə işləyə bilər ? 
İkincisi və ƏN ƏSASI savadlı  kadrları  qanunsuzluğa, rüşvətə, korrupsiya hallarına yönəltmək çətindir, onlar qanunla işləməyi sevirlər. 
Üçüncüsü və ƏN MÜHÜMÜ odur ki, rüşvət və korrupsiya olan yerdə KƏNAR, YAD ŞƏXSLƏRƏ yer yoxdur. Rüşvət halları dar-qapalı  dairədə həyata keçirilməlidir. Ki, informasiya kənara sızmasın. 
İndi bildinizmi, uzun illərdir  savadlı kadrlara qarşı niyə problem yaradılır..? 
Obrazlı  desək, az qala hücuma məruz qalan  peşəkar kadrlarımızdan biri də Tehranə Azad qızı Bəhruzidir.
Görəsən, 3  ali təhsili olan, peşəkar  tibbi psixoloq, ən əsası təmizqanlı, vətənpərvər, bir neçə dil bilən, hətta gözəllik müsabiqəsinin qalibi olan bu xanıma  qarşı  Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, nazirinin 1-ci müavini Kərim Vəliyevin NİFRƏTİNİN  səbəbi nədir ? 
Ki, Tehranə xanıma deyir ki, əlimdə imkan olsa, səni  ermənilərə təhvil verərəm. (Bu cümlə Tehranə xanımın şəxsən özünə məxsusdur). Bax, əsas məsələ budur. Bu nifrətin kökündə nə dayanır..? 
Qısa məlumat üçün qeyd edək ki, Tehranə Bəhruzi 7 sentyabr 1985-ci il tarixdə anadan olub. 3 ali təhsili var. 
Bəhruzi  Tehranə öncə Moskva Şəhər Universitetinin hüquq fakültəsini bitirib. 
Sonra  Samara Dövlət Universitetində  psixologiya fakültəsində tibbi psixologiya ixtisası üzrə təhsil alıb. 
Daha sonra Nijqorod Dövlət Universitetini elmi araşdırma, tibbi psixologiya-neyropsixologiya  ixtisası üzrə bitirib. 
Xanım həm də yüksək idman hazırlığına malikdir. 
Tehranə Bəhruzi  vətənpərvər xanım kimi 2012-2015-ci illərdə  Daxili Qoşunların  Xususi Təyinatlılar Dəstəsində hərbi qulluqçu, xüsusi təyinatlı kimi  qulluq edib. 
Sonradan 6 il işsiz qalan Bəhruzi  Tehranə  18 fevral 2021-ci ildə  Müdafiə Nazirliyinin  Baş Klinik Hospitalında tibbi psixoloq  kimi fəaliyyət göstərib. Və...
Tehranə xanımın Baş Klinik Hospitalda çalışarkən hərçilər üzərində apardığı psixoloji müayinələrə, qoyduğu diaqnozlara, testlərə  nəzər salanda, sözün düzü, ancaq və ancaq QÜRUR Hissi keçirdik ki, bizdə də belə savadlı mütəxəssislər var imiş. Amma...
Kərim Vəliyevin rəhbər olduğu sahədə savadlı mütəxəssislərə ehtiyac yoxmuş deyəsən. Çünki yuxarıda qeyd etdiyimiz kimi, sağlam hərbçini  saxta yolla xəstə çıxarıb 10 min almaq, yaxud  xəstəliyi olan hərbçini sağlam çıxartmaq üçün Tehranə Bəhruzi kimi peşəkar psixoloqlara deyil, savadsız  kadrlara ehtiyac varmış.
Tehranə xanımın qoyduğu dəqiq diaqnozlar Kərim Vəliyevə və onun ətrafındakılara sərf etmir axı. Onda necə rüşvət almaq olar..?
Təsəvvür edirsiniz, MN-nin Baş Klinik Hospitalında xəstəni sağlam, sağlamı xəstə kimi “oformit”  edirlər, hətta müharibədə iştirak etməyən şəxsi, hərbçi kimi təqaüdə çıxarırlar. Və bunun üçün  Tehranə Bəhruzinin qoyduğu dəqiq diaqnozları cırıb ataraq  yarım səhifəlik  savadsız diaqnozla kimlərisə təqaüdə çıxarıb dövlətin vəsaitini talayırlar. Bu birbaşa cinayət əməlidir. Tehranə Bəhruzi isə bu cinayət əməllərinə qoşulmaq istəməyib. Və ona təzyiqlər başlayıb. 
Tehranə Bəhruzi deyir ki, müharibə vaxtı bütün ailəsini itirən, 3 dəfə xəstəxanada yatan, hərbçini təqaüdə çıxartmırlar ( posttravmatik stress pozuntusu), amma sağlam hərbçiləri 8-10 min manat rüşvət hesabına təqaüdə çıxarırlar. 
Tehranə Bəhruzi  bu qanunsuzlqulara getmədiyi üçün (hətta ona xəstələr də vermirdilər), ona qarşı şər-böhtan kompaniyası başlayır. 
Təsəvüvr edirsiniz, Tehranə xanımla eyni şöbədə çalışan  Sevinc Abbasovanın heç bir ali təhsili olmayıb. Bu adam necə  psixoloq ola bilər..? Amma... 
Əmması odur ki, Sevinc  Abbasovanın atası  ilə Müdafiə Nazirliyi  Tibb Baş İdarəsinin rəisi  Firudin Nəbiyev yaxın dostdurlar. Məhz buna görə də  heç bir ali təhsili olmayan  Sevinc Abbasova hazırda Baş Klinik Hospitalda işlədiyi halda, 3 ali təhsili olan və öz ixtisası üzrə çalışan Tehranə Bəhruzi  guya müqavilə müddətinin başa çatması bəhanəsi ilə işdən çıxarılıb. 
Və Firudin  Nəbiyevin öz qızı Hospitalın poliklinikasında işlədiyi halda  onu  işdən azad edilən Tehranə Bəhruzinin yerinə gətiriblər. 
Tehranə Bəhruzi özü deyir ki, mən işlədiyim  müddətdə hərbçilərin  psixoloji  durumu ilə bağlı  obyektiv  diaqnozlar verirdim. Bu isə Hospitalın rəisi  Roman Çobanovu və  Baş Tibb İdarəsinin rəisi Firudin Nəbiyevi qane etmirdi. Çünki onlar  hərbçilərə 8-10 min manat rüşvətin qarşılığında saxta  diaqnozlar qoyaraq  təqaüdə göndərib, ordudan tərxis edirdilər. Mən saxta diaqnozların əleyhinə idim. Mənim qoyduğum obyektiv diaqnozları cırıb ataraq  yerinə saxta diaqnozlar qoyurdular. Mən hər dəfə buna etiraz edirdim. Bu məsələdə  mənim iş yoldaşım, ali təhsili olmayan  Sevinc Abbasova da mənə qarşı hərəkətlər edirdi. Ona görə də məni işdən azad edib, yerimə Firudin Nəbiyevin qızını gətirdilər ki, korrupsiya və rüşvət hallarını bilən olmasın. 
Tehranə Bəhruzi  onu da qeyd edir ki, ona qarşı təzyiqlər Baş Qərargah rəisi vəzifəsinə  Kərim Vəliyev təyin olunandan sonra başladı. Kərim Vəliyev rəis  olan kimi  Roman Çobanovu gətirib Hospitala rəis  qoydu və mənə təzyiqlər başladı. 
Təsəvvür edirsiniz, Tehranə Bəhruzini iş otağından, hətta fərdi kompüterdən məhrum edirlər. 
Tehranə Bəhruzi deyir ki, həkimlərin hamısı mənə hörmətlə yanaşırdı, həkim heyətindən razıyam. Mənə təzyiqlər rəhbərlik səviyyəsində idi. 
Sözün qısası, biz bir cəmiyyət və dövlət olaraq Tehranə Bəhruzinin timsalında ən peşəkar kadrlarımızdan birini də işdən çıxarıb yerinə hansısa savadı və ali təhsili olmayanı qoyuruq. 
Hesab edirik ki, məsələ çox ciddi olduğu üçün Prezident səviyyəsində müdaxiləyə ehtiyac var. 
Çünki söhbət millətimizin və dövlətimizin özəyi olan səhiyyəmizin gələcəyindən gedir.
Yazıda adları çəkilən bütün şəxslərin cavab haqqını tanıyırıq. Ardı var... /Gundelik-baku.com/



Oxşar xəbərlər