Qırğızıstan və Tacikistan sərhəddəki vəziyyətlə bağlı danışıqlara BAŞLADI
17-09-2022, 13:14
17 300

Qırğızıstan və Tacikistan sərhəddəki vəziyyətlə bağlı danışıqlara BAŞLADI

Qırğızıstan və Tacikistan sərhəddəki vəziyyətlə bağlı danışıqların yeni raundu üçün hazırlıqlara başlayıb. 

Bu barədə “İnterfaks”a Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

“Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətin nizamlanması üçün yeni danışıqlar Tacikistanın Soqd vilayətinin İsfara rayonunun Kulkənd kəndində aparılır”, - deyə məlumatda bildirilir.

İclasda iki ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri - Kamçıbek Taşiyev və Saymumin Yatimov iştirak edir.

Sentyabrın 17-də Qırğızıstanın Tacikistanla həmsərhəd olan Batken vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Hakimiyyət bu addımı Tacikistan tərəfi ilə toqquşmadan sonra atıb. Qırğızıstan-Tacikistan sərhədində silahlı toqquşmalar sentyabrın 14-ü səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər.

Oxşar xəbərlər