“Proqress-2016” MTK-nın sahibi Emil Səməndərovun "SƏRGÜZƏŞTLƏR"i- Səməndərovu HƏBSDƏN qoruyan MƏMUR kimdir ?
9-02-2022, 16:58
7 629

“Proqress-2016” MTK-nın sahibi Emil Səməndərovun "SƏRGÜZƏŞTLƏR"i- Səməndərovu HƏBSDƏN qoruyan MƏMUR kimdir ?

MTK-ların aldatdığı minlərlə vətəndaşın səsi-harayı niyə yuxarılara çatmır ..?

Emil Səməndərovların dövlətdən narazı  saldığı insanlara  BU GÜN sahib çıxan yoxdur….

Emil Səməndərov  ondan şikayət edənlərə hədə-qorxu gəlir…




Azərbaycandakı  tikinti sektorundakı özbaşınalıqlar, MTK-ların vətəndaşları aldatması, bir mənzilin bir neçə nəfərə satılması haqqında  nə qədər yazmaq, nə qədər demək olar…
Sözün düzü, adam artıq  yazmaqdan da iyrənir.
Minlərlə insanı aldadırlar,  vətəndaşlar  hətta Baş prokurorluğun binası qarşısında  aksiya keçirir, etirazını bildirir, haqqını tələb edir, amma…
Əmması odur ki, hələ ki, bu insanların səsi-harayı yuxarılara çatmır. Kimsə bu insanların şikayəti ilə maraqlanmır.
Bəli, BU GÜN kimsə  bu minlərlə narazı insanlara sahib çıxmır. Ancaq BU  GÜN….
Bəs, SABAH…??
Cənablar!
Ayılın, baş verənlərə məntiqlə yanaşın və reaksiya verin ki,CİNAYƏTKAR cəzasını alsın!
Minlərlə insanı dövlətimizdən narazı salan MTK-lardan biri də Emil Səməndərovun sahib olduğu "Proqress 2016” MMC-dir.
Əslində Gündəlik-Bakıya daxil olan məlumata görə, bu MMC-ni Emil Səməndərov  dələduzluq yolu ilə ələ keçirib. 
Nə isə, hazırda  bu MTK  saxta yolla olsa da  Emil Səməndərovun adınadır. 
Bu şəxs Allah qoymasa, həm də  “Hayan E” MMC-nin sahibidir. 
Yəni  bu günədək “Proqress 2016” MTK ilə bağlı yazdıqlarımızla bərabər  “Hayan E” MMC də  vətəndaşları aldadıb. 
Təsəvvür edirsiniz,  şirkət  bir gündə iki hüquqi qüvvəsi olmayan sənəd imzalayıb… 
Vətəndaşlar  istintaq orqanlarından xahiş edir ki, tikilən bina Emil Səməndərovdan alınsın  və vətəndaşların qanuni mənzilləri özlərinə verilsin. 
Digər payçı isə 30 min manat ödəyib və 2019-cu ildən mənzilini gözləməkdədir. Onun kimi xeyli sayda ailə oxşar aqibətlə üzləşib. "Proqress 2016” MTK-nın sahibi Emil Səməndərov bu minvalla bir mənzili bir neçə şəxsə satıb, indisə azadlıqda gəzir, heç kəsi eşitmir, saymır.
Emil Səməndərovun  bu cinayətlərə qədər onlarla cinayət törətməsi və hər dəfə  məhkəmələr  tərəfindən  sərbəst buraxılması barədə dəfələrlə yazdığımıza görə,  təkrar yazmağa ehtiyac yoxdur. 
Sakinlər bildirirlər ki, Emil Səməndərovla bağlı dəfələrlə  Baş Prokurorluğa şikayət etmişik. 
Bəs nəticə..?
Nəticə odur ki, Emil Səməndərov bütün günü mühafizəçilərlə gəzir, ona yaxınlaşmaq mümkün deyil…
Aldadılmış sakinlər mənzilləri görmək üçün binaya gedərkən Emil Səməndərov və onun adamları tərəfindən hədə-qorxu ilə üzləşiblər.
Gör cəzasız qalan MTK rəhbəri Emil Səməndərov hansı həddə çatıbsa, ondan şikayətçi olanlara  HƏDƏ-QORXU gəlir…
Artıq sözün bitdiyi yerdir….
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər